Qaradağ rayon Sahil qəsəbəsində 56 saylı Ərazi təşkilatının hesabat-çeçki yığıncağı keçirilib.
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı Sahil qəsəbəsi Dəniz Nəqliyyatı,Gəmiqayırma və Liman işləri üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin akt zalında 56 saylı Ərazi Partiya Təşkilatının hesabat-seşki yığıncağı keçirilib. Yığıncaqda YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev və YAP Qaradağ rayon təşkilatının məsləhətçisi Hacı İbrahimov iştirak edib.
Dəniz Nəqliyyatı,Gəmiqayırma və Liman işləri üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin direktoru, Ərazi Partiya Təşkilatının sədri Şakir Hüseynov hesabat məruzəsi ilə çıxış edərək ərazi partiya təşkilatının YAP-ın 2018-ci ilin 11 Fevralında keçirilən VI Qurultayından sonrakı dövrdə gğrülmüş işlərdən, xüsusilə də 2021-ci il martın 5-də keçirilən YAP-ın VII qurultayından sonra görülmüş işlərdən danışıb. Hesabat məruzəsində natiq Ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı səbəblərinə toxunaraq müstəqilliyin ilk illərinin gənc suveren bir ölkə üçün asan olmadığını və Azərbaycanın böyük çətinliklərlə üzləşdiyini, bir tərəfdən Ermənistanın hərbi təcavüzünün davam etdiyini, digər tərəfdən ölkədə iqtisadiyyatın iflic vəziyyətə düşdüyünü və daxili sabitliyin pozulduğunu, eləcə də Azərbaycan dövlətçiliyi üçün konkret təhlükələrin yarandığını, ölkəmizin vətəndaş müharibəsi ərəfəsində olduğunu, digər bu kimi təhdidlər və risklərin olduğunu qeyd edib.
Şakir Hüseynov məhz o çətin dövrdə Azərbaycan xalqının tələbi ilə ulu öndər Heydər Əliyevin Azərbaycana qayıtdığını və 1993-cü ildə yenidən hakimiyyətə gəldiyini diqqətə çatdırıb. Heydər Əliyevin xaos və anarxiyanı, iqtisadi, siyasi, mənəvi və psixoloji gərginliyi aradan qaldırdığını və bununla da müstəqil Azərbaycanın yeni inkişaf yoluna qədəm qoyduğunu vurğulayaraq, ulu öndərin əsasını qoyduğu uzaqgörən siyasət nəticəsində Azərbaycanın müstəqilliyinin əbədi və sarsılmaz olduğunu diqqətə çatdırıb.
Natiq Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun şücaətindən, 44 günlük Vətən Müharibəsində əldə edilən qələbənin çoxəsrlik şanlı tariximizin ən parlaq səhifələrindən biri olduğunu, bu qələbənin qazanılmasında xalqımızın, o cümlədən rəhbərlik etdiyi kollektivin gördüyü işlərdən də söz açıb.Məruzəçi 58 işçinin çalışdığı, 520 şagirdin təhsil aldığı bu böyük kollektivdə 26 nəfər YAP üzvü olduğunu, onların hamısının 1992-ci ildən-YAP yarandığı gündən etibarən ən fəal dövlətçilik mövqelərində durduğunu, 44 günlük müharibədə də daim ordumuza dəsdək üçün 15 dəfə cəbhəyə, 13 dəfə də qazi ailələrinə yardımlar aparıldığını xatırladıb.
Digər çıxışçı, 1993-cü ildə YAP Qaradağ rayon təşkilatının ilk yaradıcılarından biri olan Məlahət Nağıyeva da çıxış edərək bir neçə həmkarı ilə birlikdə 1992-ci ildə heç kimdən və heç nədən qorxmadan YAP-a üzv olduqlarını qeyd edib.Bu günə qədər də YAP üzvülük vəsiqəsini ürəyinin başında gəzdirdiyini qeyd edən natiq 2020-ci il sentyabrın 27-də başlanan və 44 Günlük Qələbənin qazanılmasında Ali Baş Komandan İlham Əliyevin və Azərbaycanın birinci xanımı, ölkəmizin vitse -prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətlərinin olduğunu qeyd edib. O, YAP Qaradağ təşkilatının üzvlərinin də çəkdiyi böyük zəhmətdən bəhs edərək bu istiqamətdə görülmüş işlərdən söz açıb.
Azər Əmirov, Şükran Nəcəfov və digər çıxışçılar 44 günlük qələbədən sonra qalib dövlətin vətəndaşları olmaqdan qürur duyduqlarını, pandemiya şəraitində məktəbdə və ondan kənarda görülmüş işləri qeyd ediblər. Çıxış edənlər ərazi partiya təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirib və ilk təşkilatın sədri Şakir Hüseynovun müsbət fəaliyyətini nəzərə alaraq onun yenidən ərazi partiya təşkilatının sədri seçilməsini təklif ediblər. Səsvermə nəticəsində Şakir Hüseynov ərazi partiya təşkilatının sədri, Şükran Nəcəfov isə müavin seçilib.
Yığıncağın sonunda çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev ölkəmizin həyatında baş verən yeniliklərdən, Azərbaycan prezidenti İlham Əliyevin çıxış və nitqlərində səslənən tezislərdən irəli gələn vəzifələrdən,YAP-ın Sədr müavini və Mərkəzi Aparatının rəhbəri Tahir Budaqovun salamlarını çatdırmaqla onun tapşırığı əsasında rayon partiya təşkilatı tərəfindən görülən işlərdən və qarşıda duran vəzifələrdən danışaraq ərazi ilk partiya təşkilatlarının üzvlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.