Doğum günlərində şəhid oldular

Doğum günlərində şəhid oldular
  • Cəmiyyət / Maraqlı

  • Bu gün Vətən müharibəsi şəhidlərindən dörd nəfərin doğum günüdür.

    LEQAL.AZ Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin ehtiram və hörmətlə yad edir.

    Şəhid Telman Abışov 1995-ci il oktyabrın 3-də Sumqayıtda anadan olub.
    O, Vətən müharibəsi zamanı əsgər kimi Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

    Telman Abışov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. O, Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

    Elvin Məmmədov 1992-ci ilin bu günü Zaqatala şəhərində anadan olub.
    O, 2020-ci ilin oktyabrın 15-də Ağdərə şəhəri istiqamətində yaralı əsgər yoldaşlarını döyüş bölgəsindən çıxararkən özü də qəhrəmancasına şəhid olub.

    Rüstəm Məmmədov 2001-ci ilin 3 oktyabrında anadan olub.
    O, 2020-ci ilin noyabrın 3-də Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı mühasirədə qalıb.

    Əsir düşməmək üçün döyüş yoldaşları ilə birlikdə özlərini və onlara hücum edən Ermənistan ordusunun hərbçilərini partladaraq şəhid olub. 

    O, Şəmkir rayonun Təzəkənd kəndində dəfn olunub.

    Nicat Nəsibov 1996-cı il oktyabrın 3-də Qazaxın Birinci Şıxlı kəndində anadan olub.
    O, ötən il, oktyabrın 27-də Qubadlı uğrunda gedən döyüşlər zamanı şəhid olub. Şəhid doğulduğu kənddə torpağa tapşırılıb.

    Allah rəhmət eləsin!
    PAYLAŞ:

    Oxşar xəbərlər