Son sutkada Azərbaycanda koronavirusa (COVID-19) 1356 yeni yoluxma faktı qeydə alınıb, 2651 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 476 409 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 441 731 nəfər müalicə olunaraq sağalıb, 6 370 nəfər vəfat edib, aktiv xəstə sayı 28 308 nəfərdir.
Ölkədə son sutka ərzində 13 546, hazırkı dövrədək isə 4 778 393 test aparılıb.