Koronaya yoluxanların sayı yenidən artdı

Koronaya yoluxanların sayı yenidən artdı
  • Cəmiyyət / Maraqlı

  • Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 470 985 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 430 717 nəfər müalicə olunaraq sağalıb, 6 280 nəfər vəfat edib, aktiv xəstə sayı 33 988 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 666, ötən müddət ərzində isə ümumilikdə 4 731 381 test aparılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər