Gənc heykəltaraş Səfəralı Məmmədovun büstünü hazırladı

Gənc heykəltaraş Səfəralı Məmmədovun büstünü hazırladı
  • Cəmiyyət / Maraqlı

  • Gənc heykəltəraş Müstəqil Balayev Vətən müharibəsi mövzusuna tez- tez müraciət edir.

    LEQAL.AZ-ın Cənub bürosunun verdiyi məlumata görə, bu dəfə o, Azərbaycanın ilk Milli qəhrəmanlarından olan Səfəralı Məmmədovun  büstünü yaratmışdır. 

    Qeyd edək ki, şəhid Səfəralı Məmmədov 1990-cı ildə Ağdam Rayon Daxili İşlər Şöbəsində post patrul batalyonunda tağım komandiri olub. 1992-ci ilin fevralın 16-da Xocavənd rayonunun Qaradağlı kənd sakinlərini xilas edən zaman onun komandir olduğu tağım minaya düşüb. İgid döyüşçü aldığı xəsarətlərdən 29 yaşında dünyasını dəyişib.

    Milli Qəhrəman doğulub boya-başa çatdığı Masallı rayonunun Sərçuvar kəndində dəfn olunub. Ona 1992-ci ildə ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı adı verilib

    Qəlbində daim Vətən məhəbbətini yaşadan və bu hissi hər şeydən üstün tutan gənc heykəltəraşa yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

    PAYLAŞ:

    Oxşar xəbərlər