Ata-ana peyvənd olunmasa, uşaqlar məktəbə buraxılmayacaq?

Ata-ana peyvənd olunmasa, uşaqlar məktəbə buraxılmayacaq?
  • Cəmiyyət / Maraqlı

  • Valideynləri koronavirus əleyhinə peyvənd olunmayan şagirdlər məktəbə buraxılmayacaq. Azərbaycanda əhali arasında bu cür iddia dolaşmaqdadır.

    Bu haqda deyilənlər valideynlər arasında təşviş doğurub. İctimaiyyət arasında böyük narazılıq var, hesab olunur ki, bu uşaqların təhsil alma hüquqlarının kobud şəkildə pozulmasıdır.

    Qeyd edək ki, xüsusilə bölgələrdə belə şayələr yayılır. Həm də bununla bağlı təhsil işçilərinə istinad edilir.

    İddialar nə dərəcədə doğrudur? 

    Təhsil Nazirliyinin mətbuat Cəsarət Valehov bu barədə Nazirlikdə məlumatın olmadığını dedi. “Təhsil Nazirliyinin belə bir göstərişi varmı” sualına nazirliyin sözcüsü “əlbəttə ki, yox” deyə cavab verdi.

    Qeyd edək ki, Azərbaycanda vətəndaşların təhsil hüququ Azərbaycan Respublikasının Konstitusiyasına, Təhsil haqqında Qanununa və digər normativ-hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir.

    Uşaqların təhsil hüquqlarının valideynlərlə bağlı olaraq pozulması absurd hesab olunur./bizim.media


    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər