Olimpiya Oyunlarında Türkiyə millisi ilk qızıl medalını qazanıb.
Türkiyəni kamandan oxatma idman növündə təmsil edən Mete Qazoz finalda italiyalı rəqibini məğlub etməklə Olimpiya çempionu adına yiyələnib.
Sportinfo.az xəbər verir ki, Mete Qazozu qələbəsi münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəng edərək təbrik edib:
“Tarixi yenidən ayağa qaldırdın. Gözlərim yaşlı şəkildə sonuncu oxu atmağını izlədim. Səni təbrik edirəm”.