Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı
  • Cəmiyyət

  • Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 55 286 vaksin vurulub.

    LEQAL.AZ  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Qeyd edilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 785, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 501 nəfərdir.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 516 987, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 634 015, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 882 972 təşkil edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər