Azərbaycanın yanvar-fevral aylarında ən çox məhsul idxal etdiyi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr sırasında ilk üçlükdə Türkiyə, İran və Malayziya qərarlaşıb.
Dövlət Gömrük Komitəsindən LEQAL.AZ-a bildirilib ki, Türkiyədən idxalın dəyəri 238 milyon 482 min ABŞ dolları, İrandan 63 milyon 486 min, Malayziyadan isə 13 milyon 239 min dollar təşkil edib.
Azərbaycan 2020-ci ilin eyni dövrünə nisbətən hər üç ölkədən idxalı artırıb.