“Məktəbləri açıq saxlamaq prioritetdir”.
LEQAL.AZ report-a istinadən xəbər verir ki, bunu Türkiyənin milli təhsil naziri Mahmut Özer söyləyib.
Onun sözlərinə görə, 2021-2022 tədris ili üzrə bütün səviyyə və siniflərdə məktəblər 6 sentyabr tarixində ənənəvi qaydada tədrislə açılacaq.
Nazir bildirib ki, COVID-19 pandemiyası ilə bağlı Səhiyyə Nazirliyi ilə birgə bütün tədbirlər görülüb.
“Müəllimlərə lazımi tədbirlərlə bağlı seminarlar veriləcək. Hazırda məktəbləri açıq saxlamaq bizim prioritetimizdir. Şagirdlərimizi qorumalıyıq”, - o qeyd edib.
M.Özer məktəblilərə PCR test və vaksinlənmə ilə bağlı məcburiyyət olmadığını vurğulayıb.