Qələbənin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs

Qələbənin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs
  • Siyasət

  • Aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılması hər bir azərbaycanlıda böyük sevinc və məmnunluq doğurdu. Bu parkda nümayiş etditilən hər bir eksponat böyük Zəfərin bir parçasıdır. Çünki Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyi böyük zəfərin, tarixi qələbənin rəmzidir. 

    Parkın açılması tarixi qələbəmizin əbədiləşdirilməsi, şüurlarda daha dərindən iz qoymasıdır. Bu parka gələn hər kəs təqdim edilən eksponatlara baxarkən Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığını, cəsarətini, düşmən üzərindəki böyük zəfərinin şahidi olacaq. Belə ki, Azərbaycanın Vətən müharibəsində qələbəsinin əsasında dayanan amillər güc, yenilik, inkişaf və Vətən sevgisidir. Bu park Azərbaycan Ordusunun gücündən, onun dünya hərb tarixində xüsusi yer tutan zəfərini göstərir. Bu baxımdan Hərbi Qənimətlər Parkının açılması tarixi bir addımdır. Bu müharibədə Azərbaycanın qazandığı qələbənin əhəmiyyəti böyükdür. Azərbaycan dünyada heç vaxt nümunəsi olmayan, çətin relyef şəraitində, mürəkkəb istehkamları darmadağın edərək tarixi qələbə qazandı. Bu müharibə Azərbaycan Ordusunun gücü, Azərbaycan hərbçilərinin peşəkarlığı, qəhrəmanlığını göstərdi. Qırx dörd gün ərzində Azərbaycan bir addım da geri atmadı, Ermənistan bir dəfə də olsun uğurlu əməliyyat keçirə bilmədi. Azərbaycan hərbçiləri mənəvi ruh, qəhrəmanlıq, şücaət nümayiş etdirdilər.

    “Qarabağ müharibəsi xalqımızın şanlı tarixidir və onun iradəsini, gücünü, birliyini nümayiş etdirdi. Azərbaycan dünyada özünü bir daha təsdiq etdi, Ermənistan isə diz çökmüş, məğlub ölkə kimi dünyada tanındı. Bu müharibədə tarixi qələbə təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının zəfəridir.

    Hərbi Qənimətlər Parkının açılması isə xalqımızın və dövlətimizin tarixi uğurudur. Bu uğur hər zaman xalqımızın böyüklüyünün, onun məğlubedilməzliyinin bariz nümunəsidir”, - deyə polkovnik əlavə edib.

    Dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa  vurdu. Sirr deyil ki, bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı.

    Azərbaycan tarixində qürurverici, tarixi qələbələrimizi əks etdirən bir çox hadisələr var ki, bu gün də fəxr mənbəyimizdir. Qırx dörd günlük Vətən müharibəsindəki şanlı zəfərimizi əks etdirən Hərbi Qənimətlər Parkı müasir tariximizin bənzərsiz və fəxarət dolu səhifəsidir.
    Azərbaycan bu gün dünya dövlətləri arasında öz sözünü demiş bir dövlətdir. Biz bu dövləti qorumağı özümüzə borc bilirik. 
     
    Kərimov Afəddin Ənvər oğlu,
    Masallı rayon Eminli kənd sakini 
    PAYLAŞ:

    Oxşar xəbərlər