“Suriyanın İdlib əyalətinin şimal-şərqində "Hayat Tahrir aş-Şam” terror qruplaşması zəhərli maddələrdən istifadə etməklə təxribatlar hazırlayır”.
LEQAL.AZ xəbər verir ki, bunu Rusiyanın Suriyadakı Döyüşən Tərəflərin Barışıq Mərkəzinin komandan müavini kontr-admiral Aleksandr Karpov bildirib.
Onun sözlərinə görə, terrorçular Suriya hökumət qüvvələrini mülki insanlara qarşı kimyəvi silahdan istifadə etməkdə günahlandırmaq üçün Kitian kəndi ərazisində kimyəvi hücum təşkil etməyi planlaşdırırlar.