Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının deputatı Vitali Milonov Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədlərini pozmaqla, Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edib. Bununla əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyi RF Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
Səfirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, notada qeyd edilir ki, 2020-ci il oktyabrım 16-da Vitali Milonov separatçı rejimin qondarma başçısı ilə görüş keçirib və Azərbaycanın Dağlıq Qarabağ regionunda onsuz da gərgin olan vəziyyətin daha da kəskinləşməsinə yönəlmiş bir sıra təhrikçi bəyanatlarla çıxış edib.
Notada daha sonra göstərilir ki, RF Dövlət Duması deputatının bu cür təxribatçı hərəkətləri Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsinə yönəlib və həm Azərbaycan ictimaiyyətinin, həm də Rusiyadakı çoxsaylı diasporun haqlı hiddətinə səbəb olub.