Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxış edib.
"Report"un ABŞ bürosu xəbər verir ki, nazir sessiya çərçivəsində ikinci dəfə BMT kürsüsündən beynəlxalq ictimaiyyətə səslənib.
Nazir bildirib ki, son illərdə dünyada dini dözümsüzlük, ayrı-seçkilik tendesiyası, nifrət, islamofobiyanın geniş vüsət aldığı bir vaxtda Azərbaycan müxtəlif mədəniyyətlər və dinlər arasında qarşılıqlı anlaşma və hörmət vəhdətinin mövcud olduğu ölkədir.
C.Bayramov Azərbaycanın qlobal səylərə öz töhfəsini verməkdə davam etdiyini deyib.
Nazir Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın reallaşdırdığı genişmiqayaslı layihələrdən söz açıb.
19:42
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxış edir.
"Report" xəbər verir ki, nazir sessiya çərçivəsində ikinci dəfə BMT kürsüsündən beynəlxalq ictimaiyyətə səslənir.
Bundan əvvəl C.Bayramov BMT Təhlükəsizlik Şurasının sentyabrın 21-də Qarabağla bağlı keçirilən iclasında danışıb.
17:27
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün BMT Baş Assambleyasının (UNGA) 78-ci sessiyasında çıxış edəcək.
"Report"un ABŞ bürosu xəbər verir ki, o, bu sessiya çərçivəsində ikinci dəfə BMT kürsüsündən beynəlxalq ictimaiyyətə səslənəcək.
C.Bayramov BMT Təhlükəsizlik Şurasının sentyabrın 21-də Qarabağla bağlı keçirilən iclasında çıxış edib.
Qeyd edək ki, Azərbaycanın Xin başçısı ABŞ-ın Nyu-York şəhərində səfərdədir.
Xatırladaq ki, Baş Assambleya 1945-ci ildə yaradılıb və BMT-nin əsas məsləhətçi, siyasət və nümayəndəlik orqanıdır və hazırda BMT-yə üzv olan 193 ölkənin BMT baş Assambkeyasında da təmsil olunur. Assambleyanın əsas iclası hər ilin sentyabr ayların keçirilir.