Ceyhun Bayramov fotolarla sübut etdi

Ceyhun Bayramov fotolarla sübut etdi
  • Siyasət / Maraqlı

  • “Bu Ermənistanın ağır hərbi vasitələrinin şəkilləridir. Tamamilə aydındır ki, bu hücum texnikası Azərbaycan ərazisində sülhpərvər məqsədlər üçün yerləşdirilməyib”.

    Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla  bağlı iclasında bildirib.

    “Heç bir suverən dövlət öz ərazisində belə qanunsuz hərbi mövcudluğu qəbul edə bilməz”, - deyə Bayramov vurğulayıb.

    Azərbaycan XİN başçısı, həmçinin 19 sentyabrda mina partlayışı nəticəsində ölən mülki vətəndaşlar barədə də BMT-ni məlumatlandırıb.

    “Mina partlayışlarının baş verdiyi ərazi əvvəllər də Azərbaycanın müntəzəm istifadəsində olub, heç bir şübhə yoxdur ki, bu minalar yaxın zamanda əraziyə sızan erməni diversiya qrupu tərəfindən yerləşdirilib”.

    PAYLAŞ:

    Oxşar xəbərlər