Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ lideri Co Baydenlə görüşüb.
Leqal.az xəbər verir ki, bu haqda Ceyhun Bayramov “X“də yazıb.
“Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində hörmətli Prezident Co Baydenin təşkil etdiyi rəsmi qəbulda iştirak etməkdən məmnunam”, - nazir qeyd edib.