Prezident İlham Əliyev Akira Amarinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Leqal.az xəbər verir ki, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası ilə Yaponiya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Akira Amari “Dostluq” ordeni ilə təltif edilsin".