İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq üçün bir çox addımlar atıb.
Leqal.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir qeyd edib ki, Ermənistandakı “Nemesis” abidəsi 1920-ci illərdə azərbaycanlıları, eləcə də türk diplomatları şəhid edən terror təşkilatlarını ucaltmaq üçün inşa edilib.
“QDİƏT-in iclası üçün Türkiyəyə yalnız Ermənistan parlamentinin sədri gələcək, ona icazə vermişik. Çünki bu, beynəlxalq görüşdür, istisnadır”, - Çavuşoğlu əlavə edib.