"Azərbaycan və Pakistan əsl dost və qardaş ölkələrdir".
Leqal.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında deyib.
“Biz Pakistan xalqına, indiki və keçmiş hökumətlərinə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı hər zaman göstərilən dəstəyə görə minnətdarıq”, - söyləyən dövlət başçısı deyib ki, istər işğal dövründə, istərsə də müharibə zamanı və ondan sonrakı dövrdə Pakistanın Prezidenti, Baş naziri və digər yüksək rütbəli məmurları Azərbaycanı dəstəkləmişlər.