Prezident İlham Əliyev Adil Qabil oğlu Kərimlinin Azərbaycan Respublikası mədəniyyət naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Leqal.az-ın məlumatına görə, Prezident İlham Əliyevin digər sərəncamına əsasən Adil Kərimli Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.