Prezident su problemindən danışdı

Prezident su problemindən danışdı
  • Siyasət

  • “Suyun paylanması ilə bağlı görülməli çox iş olacaq. Hazırda biz su təchizatı və sanitariya şəraitinin yaxşılaşdırılmasına ehtiyac duyduğumuz bir çox şəhərdə layihələr həyata keçiririk”. 

    Leqal.az xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 13-də Berlində  Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə deyib.
    Ətraflı

    Dövlət başçısı bildirib ki, hədəfimiz bütün ölkə ərazisində içməli su təchizatının 100 faiz təmin edilməsidir:

    “Sözsüz ki, bunu etmək çətin olacaq, çünki görülməli işin həcmi böyükdür. Lakin bizim, həmçinin su ehtiyatlarının idarə olunması sahəsində bəzi struktur islahatlarının həyata keçirilməsi ilə bağlı planlarımız var. Bunun vaxtı gəlib çatıb. Hazırda hökumət müxtəlif variantları və xüsusilə indi suyun ildən-ilə azaldığını gördüyümüz bir vaxtda, suyun paylaşdırılması ilə bağlı müasir texnologiyaların tətbiqini dəyərləndirir. Qeyd etdiyim kimi, Xəzər dənizi dayazlaşır, həmçinin çaylarımızda, transsərhəd çaylarında və mənbəyini Azərbaycandan götürən çaylarda sululuq azalıb. Əfsuslar olsun ki, biz bunu görürük. Beləliklə, su ehtiyatlarının idarə olunması, su ehtiyatlarından səmərəli istifadə sözsüz ki, qarşıdakı illər üçün prioritetlərdən biri olacaq”.
    PAYLAŞ:

    Oxşar xəbərlər