Prezident İlham Əliyev Nobel sülh mükafatı laureatı Kailaş Satyartini qəbul edib

Prezident İlham Əliyev Nobel sülh mükafatı laureatı Kailaş Satyartini qəbul edib
  • Siyasət

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Nobel sülh mükafatı laureatı Kailaş Satyartini qəbul edib.

    LEQAL.AZ xəbər verir ki, Kailaş Satyarti X Qlobal Bakı Forumunun əhəmiyyətindən danışdı, özünün dediyi kimi, bu cür tarixi bir tədbirin yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə sıx əməkdaşlıq etməkdən məmnunluğunu ifadə etdi. Qonaq qeyd etdi ki, dünyada hazırkı zamanda bu tədbir çox böyük önəm daşıyır. O dedi: “Hazırda dünyada mədəniyyətlər arasında parçalanmanın baş verdiyi və bu sahədə ciddi təhdidlərin mövcud olduğu bir dövrdə Sizin rəhbərliyinizlə bu önəmli Forum çox lazımlı bir vaxtda təşkil edilib”.

    Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Nobel sülh mükafatı laureatı Kailaş Satyartinin bu Forumda iştirakını və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə fəal əməkdaşlığını yüksək qiymətləndirdi.

    Prezident İlham Əliyev ölkəmizin Qərblə Şərq arasında mədəni körpü qurulması işinə töhfə verdiyini vurğulayaraq, Azərbaycanın mütəmadi olaraq mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirdi və gələn il BMT ilə birgə Mədəniyyətlərarası Dialoq Forumunun da keçiriləcəyini diqqətə çatdırdı.

    Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan multikultural dövlətdir, ölkəmizdə tarixən müxtəlif mədəniyyətlərin və dini konfessiyaların nümayəndələri dinc yanaşı yaşayıblar. Bununla da, Azərbaycan müxtəlif sivilizasiyaların bir araya gəlməsində mühüm rol oynayır.

    X Qlobal Bakı Forumunun önəminə toxunan Azərbaycan Prezidenti çox sayda ölkədən tanınmış siyasi və ictimai xadimlərin, digər nümayəndələrin burada iştirakını tədbirin nüfuzunun göstəricisi kimi dəyərləndirdi.

    Görüşdə Azərbaycanın zəngin tarixi və mədəni irsi barədə danışıldı.
    PAYLAŞ:

    Oxşar xəbərlər