LEQAL.AZ xəbər verir ki, bu gün Rusiyadan Yerevana sülhməramlı hərbçiləri daşıyan daha səkkiz təyyarə gəlib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, “İl-76” və “Antonov-12” tipli təyyarələrlə 120-dən artıq hərbçi ilə yanaşı, zirehli daşıyıcılar, yolsuzluqda hərəkət edə bilən yük avtomobilləri, maddi-texniki təchizat ləvazimatı da gətirilib.
Məlumatda yüklərin boşaldılmasına başlandığı da qeyd olunur:
“Sülhməramlı vəzifələri yerinə yetirmək, mümkün insidentlərin qarşısını almaq, Rusiya hərbçilərinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə birbaşa kanallarla mütəmadi əlaqələr təşkil edilib”.(oxuaz)