Ceyhun Bayramov və Çavuşoğlu çoxtərəfli platformalarda əməkdaşlıq məsələlərini müzakirə edib

Ceyhun Bayramov və Çavuşoğlu çoxtərəfli platformalarda əməkdaşlıq məsələlərini müzakirə edib
  • Siyasət

  • 11 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

    Bu barədə LEQAL.AZ-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Qeyd edilib ki, xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər.

    Nazirlər həmçinin çoxtərəfli platformalarda əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
    PAYLAŞ:

    Oxşar xəbərlər