İdmanın inkişafında xidmətlərinə görə iki nəfərə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi

İdmanın inkişafında xidmətlərinə görə iki nəfərə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi
  • Siyasət

  • Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

    Sərəncamla Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir:

    Çopsiyev İsmayıl Səməd oğlu

    Məmmədyarov Həmid Hilal oğlu.

    Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər