Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib

Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib
  • Siyasət

  • Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

    LEQAL.AZ-ın məlumatına görə, məktubda deyilir:

    "Hörmətli İlham Heydər oğlu.

    Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

    Sevindirici haldır ki, Sizin iyirmi il bundan əvvəl uzaqgörənliklə dediyiniz “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram” sözləriniz gerçək oldu. Mən bilirəm ki, Azərbaycan xalqı dövlətin iqtisadiyyatın və sosial sahənin inkişafına, onun xarici siyasi maraqlarının müdafiəsinə, vətəndaşların rifahının yüksəlməsinə yönəlmiş səylərinizi yüksək qiymətləndirir.

    Qardaş Azərbaycan bacarıqlı və qətiyyətli rəhbərliyiniz sayəsində regionda və möhkəmlənməkdə olan Türk dünyasında getdikcə daha mühüm rol oynayır. Belarusun da iştirakçısı olduğu Qoşulmama Hərəkatında uğurlu sədrlik Bakıya beynəlxalq nüfuz və haqlı hörmət qazandırıb.

    Bizim görüşlərimizi həmişə məmnuniyyətlə xatırlayıram. Aramızda yaranmış dostluğa və etimada əsaslanan şəxsi münasibətləri, konstruktiv ünsiyyəti və hər ikimizin sıx qarşılıqlı faydalı əməkdaşlığa hədəflənməyimizi qiymətləndirirəm.

    Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, çoxşaxəli və məsul fəaliyyətinizdə yeni uğurlar arzu edirəm".
    PAYLAŞ:

    Oxşar xəbərlər