Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib

Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
  • Siyasət

  • Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

    LEQAL.AZ-ın məlumatına görə, məktubda deyilir:

    Hörmətli İlham Heydər oğlu.

    Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

    Güclü və firavanlaşan dövlət qurulması, əhalinin rifahının və ölkənin beynəlxalq arenada nüfuzunun artmasının təmin edilməsi işində Azərbaycanın sanballı uğurları Sizin Vətənin mənafelərinə sədaqətlə xidmət etməyinizin, uzaqgörən siyasətinizin və dövlət başçısı vəzifəsində şəksiz liderliyinizin əyani nəticəsidir.

    Qazaxıstanda Sizi etibarlı dost və Qazaxıstan-Azərbaycan münasibətlərinin daha da dərinləşməsində səmimi marağı olan görkəmli siyasi xadim kimi tanıyırlar.

    Əminəm ki, birgə səylərimiz sayəsində biz strateji tərəfdaşlığımızı və müttəfiqliyimizi daha da möhkəmləndirərək ikitərəfli əməkdaşlığı yeni zirvələrə yüksəltməyə nail olacağıq.

    Hörmətli İlham Heydər oğlu, Sizə qardaş Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə bundan sonra da uğurlar və yeni-yeni nailiyyətlər arzu edirəm.
    PAYLAŞ:

    Oxşar xəbərlər