Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

Vladimir Putin Prezident İlham Əliyevə zəng edib
  • Siyasət

  • Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Bu barədə LEQAL.AZ-a Prezidentin Mətbuat xidmətindən məlumat verilib.

    Telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr, həmçinin bu il 31 oktyabr tarixli razılaşmalarının reallaşdırılmasının bəzi praktiki aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistik əlaqələrin bərpası planları müzakirə edilib.

    Dövlət başçıları gələcək təmaslar barədə də fikir mübadiləsi aparıblar.
    PAYLAŞ:

    Oxşar xəbərlər