Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərə “Əməkdar jurnalist” fəxri adının və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
LEQAL.AZ-ın məlumatına görə, sərəncamla aşağıdakı şəxslərə “Əməkdar jurnalist” fəxri adı verilir:
Əliyev İlham Yaylaqalı oğlu
Musayev Alqış Həsən oğlu.
Aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir:
Xəlilov Zahid Abdulla oğlu
Şadlinski Vaqif Bilas oğlu
Vəliyev Misirxan İzzət oğlu.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.