AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli:

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli:
  • Siyasət

  • “İşğaldan azad edilmiş ərazilərə «Böyük Qayıdışa dair I Dövlət Proqramının təsdiq edilməsi haqqında»kı Sərəncamı möhtəşəm tarixi zəfərə imza atmış Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyü şəraitində Qarabağın yenidən qurulması sahəsində apardığı məqsədyönlü siyasətin strategiyası və taktikasını özündə əks etdirən möhtəşəm dövlət proqramıdır. Bu, XXI əsrdə azad Qarabağın mükəmməl yol xəritəsidir.”

    LEQAL.AZ xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib. O, daha sonra deyib: 

    “Dövlət Proqramı Böyük Qayıdışın manifestidir. Bu, Qarabağın və Şərqi Zəngəzurun yaxın və uzaq gələcəyini əyani şəkildə təsəvvür etməyə imkan yaradan böyük bələdçidir.

    İqtisadi cəhətdən son dərəcə əhəmiyyətli olan Dövlət Proqrammı siyasi-ideoloji cəhətdən əsaslandırılmış sənəddir. Burasını da qeyd etmək lazım bilirəm ki, «İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı» müddəaları həm də ciddi elmi əsaslara malikdir. 

    Hesab edirəm ki, təqdim edilən Dövlət Proqramı Azərbaycanın müstəqillik tarixinə İlham Əliyev proqramı kimi daxil olur. Heç şübhə yoxdur ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə indiyədək dövlət səviyyəsində imzalanmış digər dövlət proqramları kimi «İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı» da vaxtında və yüksək səviyyədə yerinə yetiriləcəkdir. Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi Qarabağın və Şərqi Zəngəzurun real gələcəyini və inkişaf perspektivlərini əks etdirən bu mühüm əhəmiyyətə malik olan Dövlət Proqramının həyata keçirilməsi üçün üzərlərinə düşən vəzifələri məsuliyyətlə həyata keçirəcəklər.”
    PAYLAŞ:

    Oxşar xəbərlər