Ermənistanın baş naziri Nikol Paşinyan bir il əvvəl Azərbaycanın şərtlərini rədd etməsindən peşman olduğunu dilə gətirib.
azərtac Rusiya KİV-lərinə istinadla xəbər verir ki, səhvini etiraf edən Paşinyan deyib: “Əgər Yerevan bir il əvvəl Qarabağ ətrafındakı beş rayonu Azərbaycana qaytarmağa razılıq versəydi, vəziyyətin başqa cür həllinə nail ola bilərdi. Amma Ermənistanda kim inanardı ki, bu, doğru yoldur? Bir çox qeyri-müəyyənlik olduğundan çox az insan, o cümlədən mən özüm də buna inanmırdım”.
O qeyd edib ki, erməni tərəfi Qarabağ münaqişənin kəskinləşdiyi ilk günlərdə də buna getmədi. “Biz Azərbaycanın şərtini o vaxt qəbul etdik ki, müharibənin gedişində dönüş yaratmağın mümkün olmadığı artıq aydın görünürdü və qarşıda hadisələrin pis inkişafından yayınmaq vəzifəsi dayanmışdı”, - deyə Paşinyan əlavə edib.
Atalar demişkən, sonrakı peşmançılıq fayda verməz.