Azərbaycan XİN başçısı: “Sülh prosesini pozacaq hərəkətlərdən çəkinməyə çağırış etdim”

Azərbaycan XİN başçısı: “Sülh prosesini pozacaq hərəkətlərdən çəkinməyə çağırış etdim”
  • Siyasət / Maraqlı

  • Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın paytaxtı Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinkenlə birgə keçirdiyi üçtərəfli görüş ilə bağlı paylaşım edib.

    XİN başçısı “Twitter”də qeyd edib:

    “ABŞ dövlət katibi Blinkenin təşəbbüsü ilə Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüm olub. Mən bir daha Azərbaycanın Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə bağlanmasına sadiqliyini və hazır olduğunu bəyan etdim, həmçinin bu prosesi pozacaq hərəkətlərdən çəkinməyə çağırış etdim”.

    www.leqal.az
    PAYLAŞ:

    Oxşar xəbərlər