Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
LEQAL.AZ xəbər verir ki, Qanuna əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında” 2022-ci il aprelin 7-də Bakı və Belqrad şəhərlərində imzalanmış Saziş təsdiq edilib.