Azərbaycanda səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Türkiyəyə yola salınıb.
LEQAL.AZ-ın məlumatına görə, bunu bu gün Türiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "Twitter" səhifəsində bildirib.
"Cənab Prezident İlham Əliyev hörmətli Binəli Yıldırımı, millət vəkili Şamil Ayrımı və mühafizəçi Oğuzxan qardaşımızı xəstəxanada ziyarət etdi. Diqqətinə görə cənab Prezident İlham Əliyevə çox təşəkkür edirik. Varolsun. Xəstələrimizin vəziyyəti yaxşıdır. Türkiyəyə yola saldıq", - səfir yazıb.