Azərbaycan Ordusunun bölmələrinin guya əvvəlcə bir-birinə, daha sonra isə qarşı tərəfin mövqeləri istiqamətində atəş açması ilə bağlı Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.
Bu barədə LEQAL.AZ-a Müdafiə Nazirliyindən bildirilib.
"Heç bir real əsası olmayan bu uydurma məlumatı qəti surətdə təkzib edirik", - deyə məlumatda qeyd olunub.