Ermənistanın Daşkəsən istiqamətində əlavə şəxsi heyət və 4 artilleriya qurğusu cəmləşdirməsi müşahidə edilib - MN

Ermənistanın Daşkəsən istiqamətində əlavə şəxsi heyət və 4 artilleriya qurğusu cəmləşdirməsi müşahidə edilib - MN
  • Siyasət

  • Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən LEQAL.AZ-a məlumat verilib.

    "Bildiririk ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - nazirliyin məlumatında deyilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər