Zəngilan Hava Limanına beynəlxalq status verilib.
LEQAL.AZ-ın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin razılaşdırılmış təkliflərini nəzərə alaraq:
- Zəngilan rayonunda tikintisi başa çatdırılmış beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Zəngilan Hava Limanına beynəlxalq status verilsin.
- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Zəngilan Hava Limanına bu Sərəncamın 1-ci hissəsi ilə beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərsin.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.