Prezident İlham Əliyev: Azərbaycan ilə Moldova dost və tərəfdaşdırlar

Prezident İlham Əliyev: Azərbaycan ilə Moldova dost və tərəfdaşdırlar
  • Siyasət

  • Azərbaycan ilə Moldova dost və tərəfdaşdırlar. Əminəm ki, gələn illər ərzində əməkdaşlığımızın intensivləşdirilməsi yolları üzərində çalışacağıq, çünki belə yaxşı siyasi münasibətlərlə yanaşı, biz birmənalı olaraq, digər sektorlarda imkanları da araşdırmalıyıq.

    LEQAL.AZ-a xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsa ilə təkbətək görüşündə bildirib.

    “İnanıram ki, səfəriniz zamanı bu məsələlər ciddi şəkildə nəzərdən keçiriləcək və biz ticari əməkdaşlıq, iqtisadi işbirliyində daha çox canlanmanı görəcəyik. Əminəm ki, ikitərəfli ticarət səviyyəsini artırmaq üçün böyük potensial var”, - deyə dövlətimizin başçısı qeyd edib.

    Hazırda qlobal gündəlikdə duran mühüm məsələlərdən birinin enerji təhlükəsizliyi olduğunu vurğulayan Azərbaycan Prezidenti deyib: “Biz nümayəndələrimiz vasitəsilə artıq bu məsələlər üzərində iş aparmışıq. Sözsüz ki, cari vəziyyəti və həmin sahələrdə əməkdaşlığın başlanması üçün hansı işlərin görüləcəyini də müzakirə edəcəyik. Bir çox digər sahələr də var və inanıram ki, ikitərəfli gündəliyimizin genişləndirilməsi üçün böyük imkanlar olacaqdır. Təbii ki, çox güclü siyasi münasibətləri nəzərə alsaq, onlar olmalıdır”.
    PAYLAŞ:

    Oxşar xəbərlər