Vətən müharibəsi dövründə Azərbaycana təhvil verilmiş hərbi qulluqçularımızın nəşləri ekspertizadan keçirilib. Həmin nəşlər üzərində xüsusi qəddarlıq, amansız rəftar əlamətləri, bir neçəsinin diri-diri boğazının kəsilməsi, üz dərisinin soyulması, qulaq seyvanlarının, burunlarının kəsilməsi kimi qəddarlıqların şahidi olmuşuq.
LEQAL.AZ-ın məlumatına görə, bunu Baş Prokurorluğun istintaq İdarəsinin rəisi Nemət Əvəzov Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda deyib.
O qeyd edib ki, cinayət işlərinin faktlarında bu materiallar öz təsdiqini tapır: “Niyə beynəlxalq təşkilatlar bunlara reaksiya vermirlər? Çünki ikili standartlar buna imkan vermir”, - deyə N.Əvəzov əlavə edib.