İndoneziya dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

İndoneziya dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib
  • Siyasət

  • İndoneziya Respublikasının Prezidenti Coko Vidodo Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

    LEQAL.AZ-ın məlumatına görə, məktubda deyilir:

    "Bu əlamətdar gün - 1992-ci il sentyabrın 24-də İndoneziya Respublikası ilə Azərbaycan Respublikası arasında qurulan diplomatik əlaqələrin 30-cu ildönümü münasibətilə İndoneziya hökuməti və xalqı adından Zati-alinizə səmimi salamlarımı və təbriklərini çatdırıram.

    Fürsətdən istifadə edərək İndoneziyanın müxtəlif sahələrdə ikitərəfli əlaqələrimizin genişlənməsinə verdiyi önəmi bir daha vurğulayıram. Ümidvaram ki, müxtəlif beynəlxalq forumlarda Azərbaycanla sıx əməkdaşlığı davam etdirəcəyik. Eyni zamanda, qlobal çağırışların hökm sürdüyü bir vaxtda hökumətlərimiz xalqlarımızın rifahı naminə ərzaq və enerji təhlükəsizliyini daha yaxşı təmin etmək üçün əməkdaşlığı bundan sonra daha da inkişaf etdirməlidir.

    Cənab Prezident, son 30 il ərzində sürətlə inkişaf edən əməkdaşlığa və möhkəmlənən dostluğa görə Azərbaycan hökumətinə və xalqına dərin minnətdarlığımı ifadə edirəm.

    Zati-aliləri, Sizə və Azərbaycan xalqına xoşbəxtlik, möhkəm cansağlığı və tərəqqi arzulayıram.

    Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".
    PAYLAŞ:

    Oxşar xəbərlər