Baş nazirin müavini Əli Əhmədov Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

Baş nazirin müavini Əli Əhmədov Belarusun Azərbaycandakı səfiri ilə görüşüb
  • Siyasət

  • Baş nazirin müavini, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Əli Əhmədov sentyabrın 20-də Belarusun ölkəmizdəki səfiri Andrey Ravkov ilə görüşüb.

    Nazirlər Kabinetinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, görüş zamanı Azərbaycan-Belarus dostluq münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.

    Həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər