Azərbaycan Prezidenti Ermənistanın sərhəddəki təxribatını iki ölkə arasında normallaşdırma prosesinə böyük zərbə adlandırıb

Azərbaycan Prezidenti Ermənistanın sərhəddəki təxribatını iki ölkə arasında normallaşdırma prosesinə böyük zərbə adlandırıb
  • Siyasət

  • Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq.

    LEQAL.AZ
    xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitindəki çıxışında söyləyib.

    Sentyabrın 13-də Ermənistanın Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətdiyini, silahlı qüvvələrimizin bu təxribatın qarşısını qətiyyətlə aldığını diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
    PAYLAŞ:

    Oxşar xəbərlər