Ermənistan Azərbaycanın keçirdiyi “Qisas” əməliyyatı və xüsusilə Vətən müharibəsindən nəticə çıxarmayıb.
LEQAL.AZ xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib.
Bildirib ki, hazırda vəziyyət gərgin olaraq qalır, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
“Təəssüf ki, bizim də itkilərimiz var, ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə o əlavə edib.