“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatında Qarabağla bağlı bir söz belə yoxdur, hətta “Qarabağ” kəlməsi də qeyd olunmayıb”.
LEQAL.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Ermənistan” partiyasından olan deputat Andranik Tevanyan bildirib.
“Əgər əvvəllər Şarl Mişelin “Dağlıq Qarabağ” ifadəsini işlətmədiyini, “Qarabağın erməni əhalisi” ifadəsini işlətdiyini, onların hüquq və təhlükəsizlik təminatlarından danışması barədə mübahisə edirdiksə, indi heç bunlar da yoxdur”, - deputat deyib.
Xatırladaq ki, avqustun 31-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.