Ali Baş Komandan Hikmət Mirzəyevi təbrik etdi-FOTO

Ali Baş Komandan Hikmət Mirzəyevi təbrik etdi-FOTO
  • Siyasət

  • Ali Baş Komandan , Prezident İlham Əliyev Birlik komandiri general - leytenant Hikmət Mirzəyevə zəng edib .

    LEQAL.AZ xəbər verir ki, bununla bağlı Prezident “Twitter” hasabından paylaşım edib:

    Ali Baş Komandan Şuşa şəhərinin işğalçılardan azad edilməsi münasibətilə Hikmət Mirzəyevi təbrik edib . Dövlətimizin Başçısı Şuşanın azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara , Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırmışdır . General - leytenant Hikmət Mirzəyev şəxsi heyət adından Ali Baş Komandana dərin təşəkkürünü ifadə etmişdir . O , Ali Baş Komandanın əmrlərini yerinə yetirmək və etimadını doğrultmaq üçün şəxsi heyətin hər zaman hazır olduğunu məruzə etmişdir .

    PAYLAŞ:

    Oxşar xəbərlər