Mayın 23-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tərəflər 10 noyabr, 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların müddəalarının icrasını müzakirə ediblər.
Həmçinin, Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın yaradılması ilə bağlı məsələlər müzakirə olunub. Həmsöhbətlər regionda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının açıqlamsı məsələlərinə də toxunublar.
Mirzoyan Ermənistan və Azərbaycan arasında regional sülh və sabitliyin bərqərar olması prosesi ilə bağlı Ermənistanın mövqeyini təsdiqləyib.
Bununla yanaşı, XİN rəhbərləri Ermənistan-Rusiya əməkdaşlığının ikitərəfli və çoxtərəfli aspektlərinə dair məsələləri də müzakirə edib, qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsinə yönəlmiş addımlar ətrafında fikir mübadiləsi aparıblar./oxu.az
www.leqal.az