İlham Əliyevin Aİ Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü olub

İlham Əliyevin Aİ Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü olub
  • Siyasət / Maraqlı

  • Aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə işçi nahar formasında görüşü olub.

    Görüş Belçika vaxtı ilə saat 19:00 (Bakı vaxtı ilə saat 21:00) başlayıb. Görüş 4 saatdan artıq davam edib. 

    23:51

    Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında üçtərəfli görüş davam edir.

    "Leqal.az" xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə keçirilən görüş yerli vaxtla 19:00-da başlayıb.

    Qeyd edək ki, görüş Azərbaycan və Ermənistan arasında bir sıra məsələlərin həlli yollarını tapmaq istiqamətində birgə səyləri inkişaf etdirmək üçün təşkil edilib.

    21:20

    Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında üçtərəfli görüş başlayıb.

    "Leqal.az" xəbər verir ki, görüş işçi nahar formasında davam edəcək.

    Görüş 2,5 saatdan çoxdur başlayıb.






    PAYLAŞ:

    Oxşar xəbərlər