Çavuşoğlu: “Rusiya ilə sıx əlaqələrimiz haqqı müdafiə etməyimizə mane olmur”

Çavuşoğlu: “Rusiya ilə sıx əlaqələrimiz haqqı müdafiə etməyimizə mane olmur”
  • Siyasət / Maraqlı

  • Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hakim Ədalət və İnkişaf partiyasının regional Məşvərət Məclisində çıxış edib.

    O, Ukrayna müharibəsinə toxunaraq ölkəsinin böhran başlayandan bəri prinsipial mövqe sərgilədiyini dilə gətirib.

    “Bizim Rusiya ilə bir çox sahələrdə sıx əlaqələrimiz var. Lakin bu münasibətlər haqqı və hüququ müdafiə etməyimizə mane olmur. Hazırda biz müharibəni bitirmək üçün çoxlu səylər göstəririk”, - deyə nazir bildirib.

    O, Türkiyənin Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğulayıb.

    “Biz dünya ilə birlikdə Rusiyanın hücumunu tənqid etdik, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədik. İndi isə əvvəlcə humanitar, sonra isə daimi atəşkəs üçün çalışırıq”, - deyə Çavuşoğlu əlavə edib.

    Həmçinin, nazir ölkəsinin vicdanlı vasitəçi rolunu da diqqətə çatdırıb və tərəflərin əsas məsələlərdə razılığa gəlməyə yaxın olduqlarını deyib.

    Mənbə: “Haber Global”
    PAYLAŞ:

    Oxşar xəbərlər