“Biz Bakı və İrəvanın sülh sazişi ilə əlaqədar hazırlıqlara başlamasını alqışlayırıq”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
M. Zaxarova ölkəsinin sülh danışıqları prosesinə hərtərəfli köməklik göstərməyə hazır olduğunu da söyləyib.
“O ki qaldı sülh sazişinin nə vaxt imzalanacağına, bu mövzudan indi danışmaq hələ tezdir”, - deyə rusiyalı diplomat fikrini tamamlayıb.//Oxu.az
"LEQAL.AZ"