Hazırda Ukrayna-Belarus sərhədində davam edən danışıqlarda Ukrayna tərəfinin Rusiyanın qarşısına qoyduğu əsas şərt açıqlanıb.
Bu barədə Ukrayna Prezidentinin ofis rəhbərinin müşaviri Aleksey Arestoviç məlumat verib.
O qeyd edib ki, Ukrayna Rusiya qoşunlarının o cümlədən Krım və Donbasdan da çıxarılmasını tələb edəcək.
A.Arestoviç dilə gətirdiyi bu məqamın Kiyev rəsmi mövqeyi olmadığını, onun şəxsi fikri olduğunu qeyd edib.
Mənbə: UNİAN